Tiflisdə daşqın fəsadlarının aradan qaldırılmasında azərbaycanlı könüllülər də iştirak edir - FOTOSESSİYA

Tiflisdə daşqın fəsadlarının aradan qaldırılmasında azərbaycanlı könüllülər də iştirak edir - <span style="color: red;">FOTOSESSİYA
# 15 iyun 2015 22:38 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdə baş verən təbii fəlakətin fəsadlarının aradan qaldırılmasında Marneulidən olan 15 nəfər azərbaycanlı gənc də iştirak edir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, onlar Tiflis şəhər meri David Narimaniya və meriya rəsmiləri ilə görüşdükdən sonra Qəhrəmanlar Meydanında görüləcək işlərlə tanış olublar. Hazırda gənclər yarım kilometrədək ərazini daşdan, çınqıldan və ağac qırıntılardan təmizləyiblər. Sonra isə asfalt yol yuyulub və yararlı vəziyyətə salınıb.

Qeyd edək ki, fəsadların aradan qaldırılmasında iştirak etmək istəyən könüllülər çoxdur, lakin hələlik yollar bağlıdır və xüsusi texnikanın keyfiyyətlə işləməsinə şərait yaradılır və könüllülər daha çox iri texnika işləməyən ərazilərə cəlb olunub.

Qeyd edək ki, bu gün fəsadları aradan qaldırılması zamanı çoxlu sayda avtomobillər çıxarılıb.

Qeyd edək ki, ötən gün qeyri-iş günü elan olunduğundan fəlakət baş verən ərazidə şəhər sakinlərinin gediş-gəlişi azalıb və əraziyə giriş qadağan olunub, bu da infrastrukturun bərpa olunmasına şərait yaradıb.

Bu gün təbii fəlkət sahəsinə vurulan zərərin aradan qaldırılması və təmizlik işləri görmək üçün Gürcüstan Silahlı Qüvvələrin Milli Qvardiyası, Silahlı Qüvvələrin texnika üzrə mühəndisləri də müxtəlif işlərin həyata keçirilməsinə qoşulublar. Ərazidə 50-dək xüsusi texnika işləyir.

Tiflis səmasında isə helikopterlər kəşfiyyat xarakterli uçuşlar həyata keçirir. Məlumata görə, Gürcüstanda iyunun 15-dən başlayaraq havaların yağışlı keçəcəyi proqnozlaşdırılır.

Tiflis şəhər meri David Narimaniya və ətraf mühit və təbii resurslar naziri Qiqla Aqulaşvili bu gün yenə də fəsadların aradan qaldırılmasında son tamamlama işlərinə nəzarət etmək üçün fəlakət ərazisində olub. Hər iki rəsmi şəxs Svanidze küçəsində yaşayan zərərçəkən ailələrə də baş çəkiblər. D. Narimaniya jurnalistlərə açıqlamasında gecə saatlarında Qəhrəmanlar Meydanının dairəvi yollarının açılacağını bildirib: "Sabah Tiflisin mərkəzi küçələrində hərəkət bərpa olunacaq". Şəhər meri həmçinin infrastruktura dəyən ziyanın 40 milyon lari olduğunu bildirib. D. Narimaniya bu məbləğin artacağını da deyib. O, fəsadlardan sonra yol infrastrukturunun tikintisinin hansı vəziyyətdə olmasının yolları təmizlədikdən sonra bilinəcəyini də qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR