Ukraynada rüşvət müqabilində saxta sənədlərlə Avropa İttifaqı ərazisində keçmək istəyən Ermənistan vətəndaşları saxlanılıb

Ukraynada rüşvət müqabilində saxta sənədlərlə Avropa İttifaqı ərazisində keçmək istəyən Ermənistan vətəndaşları saxlanılıb
# 25 avqust 2015 13:19 (UTC +04:00)

Onlardan 3-ü uşaqdır.

APA-nın “censor.net.ua” saytına istinadən verdiyi xəbərə görə, sənədlərin yoxlanılması zamanı sərhəd xidmətinin müfəttişi Ukraynada daimi yaşayış üçün verilmiş sənədin və Ukrayna Dövlət Sərhəd Xidmətinin möhür-ştampının saxta olduğunu müəyyənləşdirib. Məsuliyyətdən qaçmaq üçün Ermənistan vətəndaşlarından biri sərhəd xidmətinin sədr müavininə 500 avro məbləğində rüşvət təklif edib.

Ermənilərə fəaliyyətlərindəki cinayət tərkibi izah edilib. Vəziyyətin aydınlaşdırılması üçün onlar Daxili İşlər Nazirliyinin Ujqorod bölməsinin əməkdaşlarına təhvil veriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR