Qax sakini vəhşi heyvanın hücumuna məruz qalıb

Qax sakini vəhşi heyvanın hücumuna məruz qalıb
# 31 avqust 2015 07:44 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Qax rayon sakini çaqqal hücumuna məruz qalıb.

Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 30-dan 31-ə keçən gecə rayonun Lələli kənd sakini, 1967-ci il təvəllüdlü Çərkəz Oruc oğlu Məmmədov çaqqal dişləməsi xəsarətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 48 yaşlı Çərkəz Məmmədov gecə saatlarında qonşuya gedərkən çaqqal ona hücum edib. Çaqqal Çərkəz Məmmədovun sol əlini, sağ ayağını və qarın nahiyəsini dişləyib. Çərkəz Məmmədova xəstəxanada lazımi tibbi yardım göstərilib, ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR