Əbülfəs Qarayev “Milan Expo 2015” sərgisində İtaliya pavilyonunun nümayəndə heyətini qəbul edib

Əbülfəs Qarayev “Milan Expo 2015” sərgisində İtaliya pavilyonunun nümayəndə heyətini qəbul edib
# 11 mart 2015 14:55 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyində “Milan Expo 2015” beynəlxalq sərgisinin İtaliya pavilyonunun nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə nazir Əbülfəs Qarayev qonaqlara Azərbaycanın mədəniyyət və turizm sahəsindəki uğurları haqqında məlumat verib, Azərbaycanın son illərdə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb.

Qeyd olunub ki, mayın 1-dən oktyabrın 31-dək keçiriləcək “Milan Expo 2015” beynəlxalq sərgisində milli pavilyonun hazırlanması istiqamətində işlər başa çatmaq üzrədir. Azərbaycanın bu sərgidə iştirakı üzrə təşkilatçı tərəfdaş Heydər Əliyev Mərkəzidir. 30 milyonadək ziyarətçinin iştirakı ilə “Planeti qidalandırmaq, həyat üçün enerji” devizi altında keçirilən sərgidə məqsəd sağlam həyat və ekologiyaya, təhlükəsiz və sağlıqlı qidalanmaya diqqəti cəlb etməkdir.

Nümayəndə heyətinin rəhbəri İnyazio di Pace qəbula görə nazir Ə. Qarayevə təşəkkürünü bildirib. Qonaq İtaliya və Azərbaycan arasında mədəni əlaqələrin dinamik inkişafının şahidi olduğu üçün məmnunluğunu diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR