Bişkekdə MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib - FOTO

Bişkekdə MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib - <span style="color: red;">FOTO
# 03 aprel 2015 12:34 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, görüş iştirakçıları MDB məkanında çoxtərəfli qarşılıqlı fəaliyyəti, beynəlxalq siyasətin aktual problemlərinə dair qarşılıqlı maraqları, Ukrayna böhranının sülh yolu ilə həll olunmasının aspektlərini müzakirə ediblər.

BMT və ATƏT kimi beynəlxalq təşkilatlarda MDB ölkələri arasında xarici siyasət kursunun koordinasiyasının möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Bununla əlaqədar ATƏT-in Helsinki Yekun Aktının 40 illiyinə dair bəyanat qəbul olunub. 2015-ci ildə MDB çərçivəsində XİN-lərarası məsləhətləşmələr planı təsdiq edilib.

Fövqəladə hallar zamanı xəbərdarlıq və nəticələrinin aradan qaldırılması sahələrində qarşılıqlı fəaliyyət haqqında saziş layihəsi qəbul olunub.

İclasda çoxtərəfli əməkdaşlığın humanitar hissəsinə daha çox diqqət ayrılıb. Mədəniyyət və təhsil sahəsində əlaqələrin inkişafına yardım edəcək bir sıra vacib sənədlər üzrə razılıq əldə olunub.

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2015-ci ilin oktyabrında MDB Dövlət başçıları Şurasının toplantısı ərəfəsində Astanada keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR