Nizami rayonundakı iri marketlərdən birində süni qiymət artımının qarşısı alınıb

Nizami rayonundakı iri marketlərdən birində süni qiymət artımının qarşısı alınıb
# 10 mart 2015 16:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Nizami rayonundakı iri marketlərdən birində süni qiymət artımının qarşısı alınıb.

İqtisadiyyat və Sənaye Nazirliyindən (İSN) “APA-Economics”ə verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində Telman Pənahova məxsus “Ruslan 93” marketdə yoxlama aparılıb. Məlum olub ki, satışda olan malların yarlığında göstərilən qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla, əsassız qiymət artımına yol verilib, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.

İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR