Adam öldürməkdə təqsirləndirilən 16 yaşlı qızın məhkəməsi başlayıb

Adam öldürməkdə təqsirləndirilən 16 yaşlı qızın məhkəməsi başlayıb
# 29 mart 2015 12:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən 16 yaşlı Aydan Xəlilovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası aprelin 2-nə təyin edilib.

Qeyd edək ki, ötən il noyabrın 27-də 1998-ci il təvəllüdlü Aydan Xəlilova münaqişə zəminində Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Şəms Daşdəmir qızı Abdullayevanı bıçaqla qətlə yetirib.

O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR