MDB hökumət başçılarının növbəti görüşü oktyabrın 30-da Düşənbədə keçiriləcək

MDB hökumət başçılarının növbəti görüşü oktyabrın 30-da Düşənbədə keçiriləcək
# 29 may 2015 09:12 (UTC +04:00)

APA-nın “24.kg” saytına istinadən verdiyi məlumata görə, bunu hökumət başçılarının Qazaxıstanda keçirilən görüşündə Tacikistanın baş naziri Hakir Rasulzoda deyib.

Qeyd edək ki, həmin görüşdə müxtəlif sahələrdə əməkdaşlığı tənzimləyəcək sənədlər imzalayıblar. Gündəlikdə 20 məsələ olub.

Toplantıda maliyyə-iqtisadi fəaliyyət planına, habelə beynəlxalq yüklərin daşınması zamanı nəqliyyat təhlükəsizliyinin təminatı strategiyasına dair sənədlər imzalanıb.

Həmçinin 2020-ci ilədək regionlararası və transsərhəd əməkdaşlıqla bağlı konsepsiyanın fəaliyyət planı nəzərdən keçirilib. İclasda Azərbaycan, Türkmənistan və Özbəkistan baş nazirin müavinləri səviyyəsində təmsil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR