Poroşenko: Donbasda hərbi əməliyyatlarda 1549 hərbçi həlak olub

Poroşenko: Donbasda hərbi əməliyyatlarda 1549 hərbçi həlak olub
# 09 mart 2015 21:52 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko yerli “1-ci kanal” telekanalında çıxış edərkən deyib.

“Ümumi itkilərimiz 1549 nəfərdir. Döyüş əməliyyatları zamanı 1 232 Silahlı Qüvvələrin əsgəri, 99 DİN əməkdaşı, 132 milli qvardiyaçı, 63 sərhədçi, 7 Təhlükəsizlik Xidməti əməkdaşı, 16 Fövqəladə Hallar Xidmətinin xilasedicisi həlak olub”, deyə P.Poroşenko bildirib.

Onun sözlərinə görə, Debaltsevo ətrafında gedən son döyüşlərdə 19 hərbçi həlak olub, 135-i yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR