Elşad Nəsirov: "Türk axını" Cənub Qaz Dəhlizinə rəqib deyil"

Elşad Nəsirov: "Türk axını" Cənub Qaz Dəhlizinə rəqib deyil"
# 15 iyul 2015 13:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Türk Axını" layihəsi Cənub Qaz Dəhlizi üçün hər-hansı problem yaratmayacaq.

APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.

Bununla yanaşı, E. Nəsirov bildirib ki, "Türk axını"nın Azərbaycanın reallaşdırdığı layihələrə rəqib olması ilə bağlı səslənən fikirlər əsassızdır.

"Çoxları "Türk axını"nı, yaxud "Yunan axını"nın bizim reallaşdırdığımız layihələrə rəqib olacağını deyirlər. Biz bu layihənin icrasına 10 illik danışıqlardan sonra başladıq. Məhz bu danışıqların nəticəsidir ki, biz ciddi layihənin əsasını qoyduq. “Şahdəniz” yatağından hasil olunan qazın bazarda öz alıcıları var və hansısa layihələrin bizim bazarımıza təsir etməyəcəyinə əminəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR