Pyotr Poroşenko Boris Nemtsovu ölümündən sonra “Azadlıq” ordeni ilə təltif edib

Pyotr Poroşenko Boris Nemtsovu ölümündən sonra “Azadlıq” ordeni ilə təltif edib
# 03 mart 2015 10:37 (UTC +04:00)

Bakı – APA. Ukrayna prezidenti Pyotr Poroşenko Boris Nemtsovu ölümündən sonra “Azadlıq” ordeni ilə təltif edib. APA-nın xəbərinə görə, P. Poroşenko bu barədə özünün “Facebook” səhifəsində məlumat verib. O bildirib ki, B. Nemtsov həm Ukraynanın, həm də Rusiyanın azadlığı üçün çalışıb: “Onun üçün azadlıq sərhəd və əngəl tanımayan bəşəri dəyər idi. O, anlayırdı ki, azad Ukrayna olmadan azad Rusiya da ola bilməz. Ona görə də mən Boris Yefimoviçi “Azadlıq” ordeni ilə təltif etməyə qərar verdim. Ruhu şad olsun”.

P. Poroşenkonun sözlərinə görə, B. Nemtsov ukraynalıların yaddaşında həmişə vətənpərvər rusiyalı və Ukraynanın dostu olaraq qalacaq: “Qəhrəmanlar ölmür!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR