Pakistan XİN: İşğal olunmuş Azәrbaycan ərazilərində "seçkilәr"in keçirilmәsi beynәlxalq normaların açıq şәkildә pozulmasıdır

Pakistan XİN: İşğal olunmuş Azәrbaycan ərazilərində "seçkilәr"in keçirilmәsi beynәlxalq normaların açıq şәkildә pozulmasıdır
# 15 may 2015 07:19 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova - APA. Mayın 3-dә Azәrbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağda "parlament seçkilәri"nin keçirilmәsi beynәlxalq normaların açıq şәkildә pozulmasıdır".

APA-nın Pakistan Xarici İşlәr Nazirliyinә (XİN) istinadәn verdiyi mәlumata görә, bunu XİN-in sözçüsü keçirdiyi brifinqdә deyib.

Onun sözlərinə görә, "seçkilәr" beynәlxalq hüquq vә BMT Tәhlükәsizik Şurasının qәtnamәlәrinin açıq şәkildә pozulmasına xidmәt edir: "Bu, Dağlıq Qarabağ münaqişәsinin sülh yolu ilә hәlli istiqamәtindә göstərilən sәylәrә maneçilik törәtmәk cәhdi kimi qiymәtlәndirilir. Pakistan Azәrbaycanın suverenliyi vә әrazi bütövlüyünü dәstәklәdiyini bir daha bәyan edir".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR