Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları bir ildə 6,5% artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları bir ildə 6,5% artıb
# 17 mart 2015 14:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 209 529,97 min manat təşkil edib.

APA-Economics”in DGK-ya istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 889,29 min manat və ya 6,55% çoxdur.

Hesabat dövründə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 46 878,64 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 147 880,84 min manat, aksizlər üzrə 12 252,21 min manat, yol vergisi üzrə isə 2 518,28 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR