“Foxsports”: “Azərbaycan paralimpiya oyunlarının keçirilməsi təcrübəsində yeni tarix yazdı”

“Foxsports”: “Azərbaycan paralimpiya oyunlarının keçirilməsi təcrübəsində yeni tarix yazdı”
# 27 iyun 2015 07:33 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Azərbaycan paralimpiya oyunlarının keçirilməsi təcrübəsində yeni tarix yazdı”.

APA-nın məlumatına görə, bu barədə “Foxsports” saytı məlumat yazıb.

İnternet qəzeti gözdən əlil idmançılar arasında cüdo yarışlarının oyunlar çərçivəsində keçirilməsinin gələcəkdə də tətbiq edilməsini məqbul sayıb. İdmançıların təəssüratlarını qələmə alan sayta müsahibə verən rusiyalı Natalya Ovçinnikova deyib ki, medal qazana bilməsə də, oyunlarda bu cür iştirak etmək onda özünə böyük əminlik yaradıb: “Avropa Oyunlarında iştirak etməkdən böyük xoşbəxtlik hissi keçirirəm”.

Paralimpiya oyunlarının yarışlar çərçivəsində keçirilməsi rusiyalı veteran hakim İslam İbrahimov tərəfindən də yüksək dəyərləndirilib. O deyib ki, Azərbaycan bununla yeni eranın başlanğıcını qoyub və bu, dünyada presedent ola bilər: “Gələcəkdə yarışların bu cür qarışması, fiziki məhdudiyyətləri olan insanlara qarşı münasibətin daha da istiləşməsi və onların cəmiyyətdə özlərini uzaqlaşdırılmamış hiss etmələrinə imkan verər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR