Ermənistanda həbs olunan keçmiş qadın deputat qətl hazırlamaqda ittiham olunur

Ermənistanda həbs olunan keçmiş qadın deputat qətl hazırlamaqda ittiham olunur
# 05 may 2015 13:59 (UTC +04:00)

Bakı – APA. Ermənistanda həbs olunan keçmiş deputat, “Çiçəklənən Ermənistan” Partiyasının üzvü, iş adamı Qoar Yenokyan qətl hazırlamaqda ittiham olunur.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Xüsusi İstintaq Xidmətindən bildiriblər ki, baş prokuror tərəfindən bu xidmətə göndərilən cinayət işinin ilkin istintaqı çərçivəsində Q. Yenokyan saxlanılıb. O, qətl hazırlığında ittiham edilir.

Xanım Qoar Yenokyanın kimi öldürtmək istədiyi açıqlanmayıb. İstintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR