Bakı. Fuad Cəfərov – APA. İmişlidə bıçaqlaşma hadisəsi baş verib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,mart ayının 31-də İmişli şəhərində şəhər sakini Mehdi Hüseynov münaqişə zəminində qohumu Mirzə Hümbətova bıçaqla xəsarət yetirib.
İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M. Hüseynov tutulub.