Dünyada milyonçuların sayı 14,6 mln. nəfərə çatıb

Dünyada milyonçuların sayı 14,6 mln. nəfərə çatıb
# 18 iyun 2015 09:31 (UTC +04:00)

Bakı - APA-Economics. Dünya üzrə sərvəti 1 mln. ABŞ dolları həddini aşan insanların sayı 14,6 mln. nəfərə çatıb.

"APA-Economics"in "CNN Türk"ə istinadən verdiyi xəbərə görə, bu barədə "RBC Wealth Management" və "Capmegini" şirkətlərinə birgə hazırladığı hesabatda deyilir.

Məlumatda qeyd edilir ki, 2014-cü ildə milyonçuların sayı 920 min nəfər artıb.

Milyonçularının sayına görə ilk yerdə ABŞ qərarlaşıb. Burada 345 min milyonçu yaşayır. İkinci yeri 2 mln. 452 min nəfər milyonçusu olan Yaponiya tutur. Üçüncü yerdə Almaniyadır. Burada 1 mln. 141 min nəfər milyonçu var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR