Boris Nemtsovun qətlində şübhəli bilinən şəxslər İnquşetiyada saxlanılıb

Boris Nemtsovun qətlində şübhəli bilinən şəxslər İnquşetiyada saxlanılıb
# 08 mart 2015 00:56 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İnquşetiya Təhlükəsizlik Şurasının katibi Albert Baraxayev bildirib.

Onun sözlərinə görə, saxlanılanlardan Anzor Qubaşev avtomobillə Malqobekdən anasının yaşadığı Voznesenovskaya qəsəbəsinə gedərkən saxlanılıb. Zaur Dadayev isə Maqas şəhərində saxlanılıb.

Təhlükəsizlik Şurasının katibi Qubaşevin qardaşının da saxlanıldığını bildirib.

Məlumata görə, Qubaşev və Dadayev ailələri 60-cı illərdə Çeçenistanın İtum Kalinski rayonundan İnquşetiyanın Voznesenovskaya qəsəbəsinə köçüblər.

Albert Baraxayev bildirib ki, Anzor Qubaşev və Zaur Dadayevin Qroznıda mənzilləri var və onlar orada yaşayıb.

Baraxayev Zaur Dadayevin son 10 il ərzində Çeçenistan DİN-in “Şimal” batalyonunda xidmət etdiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR