Malidə izdiham partlayış törətməyə cəhd etmiş 2 şəxsi diri-diri yandırıb

Malidə izdiham partlayış törətməyə cəhd etmiş 2 şəxsi diri-diri yandırıb
# 07 mart 2015 22:50 (UTC +04:00)

Bakı-APA. Malinin Qao şəhərində sakinlər partlayış törətməyə cəhd etmiş 2 şəxsi diri-diri yandırıb. APA-“Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” məlumat yayıb.

“İki gənc sahil mühafizə polisinin məntəqəsi yaxınlığında partlayış törətməyə cəhd edib. Bundan xəbərə tutan bir qrup yerli sakin onlara hücum edərək yandırıb”, deyə polisdən bildirilib.

Qeyd edək ki, bundan əvvəl Malinin paytaxtında gecə klubuna hücum nəticəsində 5 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR