Yol qəzasında 3 ailə üzvünü itirən şəxsə 11 min manat kompensasiya ödənilib

Yol qəzasında 3 ailə üzvünü itirən şəxsə 11 min manat kompensasiya ödənilib
# 18 mart 2015 12:25 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin noyabrın 29-da Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 61-ci kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində üç ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan vətəndaşına 11 000 manat məbləğində kompensasiya ödənişi verilib.

Qeyd edək ki, kompensasiya ödənişi poçt vasitəsi ilə martın 18-də köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR