Azərbaycanın Britaniyadakı səfiri "Financial Times"da Qarabağla bağlı dərc olunan məqalə ilə əlaqədar qəzetə məktub yazıb

Azərbaycanın Britaniyadakı səfiri "Financial Times"da Qarabağla bağlı dərc olunan məqalə ilə əlaqədar qəzetə məktub yazıb
# 01 oktyabr 2014 13:41 (UTC +04:00)

APA - nın verdiyi məlumata görə, səfir Dağlıq Qarabağın “mübahisəli anklav” olması fikrinə etiraz edib və bildirib ki, bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınan və ətrafındakı 7 rayonla birlikdə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan hissəsidir.

“Hər şeyi öz adı ilə adlandırmaq lazımdır. Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınan və ətrafındakı 7 rayonu ilə birlikdə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazisidir. Dağlıq Qarabağda və işğal olunmuş ətraf rayonlarda tanınmamış separatçı rejim mövcuddur. Bu, belə də adlandırılmalıdır. Ərazini “mübahisəli anklav” adlandırmaq beynəlxalq legitimlik qazanmağa çalışan separatçı rejimə sərf edir”, – deyə səfir qeyd edib.

T. Tağızadə əlavə edib ki, bu münaqişə yüz minlərlə azərbaycanlının doğma torpaqlardan qovulması ilə nəticələnib.

“Mən yaxşı xəbərdaram ki, “Financial Times” regionda dövlətlərin ərazi bütövlüyü məsələsini əsas götürür. Buna görə də, Azərbaycana aid olan məsələlərə münasibətdə də eyni həssaslığı görmək istərdim” – deyə diplomat məktubunda yazıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR