İFAD-ın 15 il ərzində Azərbaycanın kənd təsərrüfatı sektoruna yatırdığı sərmayənin həcmi açıqlanıb

İFAD-ın 15 il ərzində Azərbaycanın kənd təsərrüfatı sektoruna yatırdığı sərmayənin həcmi açıqlanıb
# 23 oktyabr 2014 09:21 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan hökuməti kənd təsərrüfatı sektorunun inkişafında Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla (İFAD) əməkdaşlığını davam etmək niyyətindədir.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda iqtisadi inkişafın əsas hədəfləri enerji resurslarının hasilatının azaldılması kontekstində qeyri-neft sektorunun inkişafı və onun bir hissəsi olan kənd təsərrüfatının inkişafından asılıdır.

Nazir qeyd edib ki, Azərbaycana son 15 ildə İFAD tərəfindən 192,4 mln. dollar sərmayə qoyulub: “Bu, minlərlə insanın işlə təmin olunmasına, regional inkişafa xidmət edib. İFAD Azərbaycanda kənd təsərrüfatının yeni inkişaf strategiyasını müəyyənləşməsində mühüm rol oynayır”.

İFAD-ın Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya və Avropa Bölməsinin direktoru xanım Xalidə Bouzar deyib ki, İFAD-ın maliyyələşdirilən növbəti proqramlar və layihələr heyvandarlıq sektorun inkişafına yönəldiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR