Əhməd Davudoğlu: “Bir çox ölkələrdə problemlər yaşanarkən, Türkiyə və Azərbaycan regionun yüksələn iki ölkəsidir” - VİDEO

Əhməd Davudoğlu: “Bir çox ölkələrdə problemlər yaşanarkən, Türkiyə və Azərbaycan regionun yüksələn iki ölkəsidir” - <span style="color: red;">VİDEO
# 14 oktyabr 2014 11:50 (UTC +04:00)

Bir çox ölkələrdə problemlər yaşanarkən, Türkiyə və Azərbaycan regionun yüksələn iki ölkəsidir”.

APA-Economics”in “TRT Haber”ə istinadən xəbərinə görə, bunu TANAP layihəsinin tikintisi üçün boruların tədarükünə dair müqavilənin imzalanması mərasimində Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

Türkiyənin istehlakçı ölkə olmaqla yanaşı, tranzit bir ölkə olacağını və 2019-cu ildən etibarən Avropaya təbii qaz nəqlini reallaşdıracağını qeyd edən Ə.Davudoğlu bildirib ki, Azərbaycanla Türkiyənin coğrafiyası, enerji potensialı bir-birini tamamlayır: “İstehsalın 80%-i Türkiyə şirkətləri tərəfindən həyata keçiriləcək. Bu, türk sənayesinin yüksəldiyi yeri nümayiş etdirmək baxımından diqqətçəkən məqamdır. Bu layihə təkcə təbii qaz layihəsi olmayacaq. Xəzər dənizindən Avropaya qaz nəql edən layihə Türkiyə ilə Yunanıstan əlaqələrini də genişləndirəcək”.

Layihəni Qafqazla Balkan ölkələri arasında sülh körpüsü kimi təqdim edən Türkiyənin baş naziri “Yaşasın Azərbaycan-Türkiyə dostluğu!” ifadəsini də işlədib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR