Sumqayıtda qumbaraatan mərmisi tapılıb

Sumqayıtda qumbaraatan mərmisi tapılıb
# 30 iyul 2014 16:01 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda qumbaraatan mərmisi tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar xəttinə Sumqayıt şəhərində qazıntı işləri aparılarkən döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.

Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Aşkarlanan sursatın istifadəyə yararlı olan 1 ədəd RPQ-7 tank əleyhinə qumbaraatan mərmisinin olduğu müəyyən edilib. Aşkar edilmiş hərbi sursat müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR