Ziyafət Əsgərov: "Mən iqtidar nümayəndəsiyəm, nə etməliyəm?"

Ziyafət  Əsgərov: "Mən iqtidar nümayəndəsiyəm, nə etməliyəm?"
# 17 oktyabr 2014 11:11 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Mənim hər hansı çıxışımın Milli Məclisin vitse-spikeri tərəfindən populist adlandırılmasını düzgün saymıram. Biz bir-birimizə hörmətlə yanaşmalıyıq”. APA-nın məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında millət vəkili Sabir Rüstəmxanlı söyləyib.

S.Rüstəmxanlı bu gün Azərbaycanda mənzil tikintisi və satışı prosesində dələduzluqla məşğul olanların əksəriyyətinin məhz hüquqi şəxslər olduğunu xatırladıb: “Mən vətəndaşların başına oyun açılmasını istəmirəm. Ancaq biz burada bir-birimizi boş yerə ittiham edirik. Biz burada təkliflər veririk, ancaq təkliflərin heç biri illərdir ki, komitələrdə müzaikrəyə çıxarılmır”.

Z.Əsgərov isə S.Rüstəmxanlıya belə cavab verib: “Mən iqtidar nümayəndəsiyəm, nə etməliyəm? Cavab verməliyəm. Siz deyirsiniz ki, vətəndaşların başına oyun açırsınız? Nə edirik? Tutaq ki, fiziki şəxs 5-10 nəfəri Türkiyəyə yığıb aparır, sabah o insanların taleyi necə olacaq? Bu insanlar sonradan ölkəyə qayıdanda elə millət vəkillərinin də yanına gəlirlər ki, pensiya ala bilmirik. Hüquqi şəxslərə gəlincə, düz deyirsiniz, hüquqi şəxslər mənzillərlə bağlı dələduzluq edirlər. Ancaq onun ünvanı olur, hüquq-mühafizə orqanları onları məsuliyyətə cəlb edə bilir. Fiziki şəxs isə sabah Rusiyada olur, biri gün Belarusa qaçır”.

Z.Əsgərov deyib ki, Azərbaycana gələn insanların da hamısı səmimi məqsədlərlə gəlmir: “Biz qanunvericilikdə bu halları da nəzərə alırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR