Sabah Bakının bəzi qəsəbələrində suyun verilməsi məhdudlaşdırılacaq

Sabah Bakının bəzi qəsəbələrində suyun verilməsi məhdudlaşdırılacaq
# 10 dekabr 2014 14:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Sabah Bakının bir sıra qəsəbələrində suyun verilməsi məhdudlaşdırılacaq.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq icra edilən “Kürdəxanı qəsəbəsinin içməli su təchizatı sisteminin yenidən qurulması” layihəsi çərçivəsində Ceyranbatan-Maştağa magistral su xəttindən birləşmənin verilməsi ilə əlaqədar dekabrın 11-də saat 00:00-dan 24 saat müddətinə Yeni Saray, Novxanı, Goradil, Pirşağı bağ massivlərinə, Mehdiabad və Digah qəsəbələrinin bir hissəsinə, Fatmayı və Kürdəxanı qəsəbələrinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR