“Bank VTB (Azərbaycan)” bu ilin I yarısının yekunları üzrə hesabat verib

“Bank VTB (Azərbaycan)” bu ilin I yarısının yekunları üzrə hesabat verib
# 18 iyul 2014 08:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Bank VTB (Azərbaycan)” 2014-cü ilin birinci yarısında görülmüş işlərin yekunları üzrə hesabat verib. Bankdan “APA-Economics”ə verilən məlumata görə, iyulun 1-nə bankın kredit portfelinin həcmi 215,985 mln. manata çataraq ötən ilin müvafiq dövrünün göstəricilərini iki dəfə üstələyib. Əhalinin əmanətlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 90%-dan çox artaraq 6,3 mln. manata çatıb.

Bankın aktivləri iki dəfə artaraq 229,699 mln. manata çatıb. Hesabat dövründə bankın məcmu kapitalı 47,837 mln. manat olub. Gəlirlər 2,5 dəfə artaraq 20, 257 mln manata çatıb, bu zaman faiz gəlirlərinin artımı 167%, qeyri-faiz gəlirlərinin artımı isə 23 % təşkil edib.

“Bank VTB (Azərbaycan)” ASC-nin İdarə Heyətinin üzvü, Maliyyə departamentinin direktoru İlqar Novruzov deyib ki, bankın kreditləşmə bazarında mövqeyi möhkəmdir. “Cari ilin birinci yarısının göstəriciləri buna sübutdur. Həmçinin, korporativ kreditləşmə sahəsində də mövqelərimizi gücləndirmişik. Biz həmişəki kimi kiçik və orta biznes seqmenti ilə aktiv işi davam etdiririk. Bu da öz növbəsində ölkənin iqtisadiyyat sahələrinin inkişafında müsbət təsirə malikdir”-deyə İ.Novruzov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR