“Bank Technique” Türkiyənin təcili pul köçürmələri sisteminə qoşulub

“Bank Technique” Türkiyənin təcili pul köçürmələri sisteminə qoşulub
# 04 avqust 2014 12:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Bank Technique” Türkiyənin UPT (Universal Payment Transfer) təcili pul köçürmələri sistemi ilə əməkdaşlığa başlayıb.

“Bank Technique”dən “APA-Economics”ə verilən məlumata görə. artıq bank müştəriləri Türkiyənin istənilən nöqtəsinə sərfəli tariflərlə birbaşa pul köçürə biləcəklər.

UPT sistemi qonşu dövlətdə 14 mindən çox xidmət nöqtəsi ilə (bütün poçt xidməti şöbələrini əhatə etməklə) sürətli, ucuz, etibarlı pul köçürmə əməliyyatlarını təklif edir. Sistem türk lirəsi, ABŞ dolları və avroda köçürmələrin həyata keçirilməsinə imkan yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR