Tiflisdə “Cənubi Qafqazda ictimai televiziyalarının rəqəmsal yayıma keçid texnologiyaları problemləri” adlı konfrans keçirilib - FOTOSESSİYA

Tiflisdə “Cənubi Qafqazda ictimai televiziyalarının rəqəmsal yayıma keçid texnologiyaları problemləri” adlı konfrans keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 11 noyabr 2014 16:06 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtında “Cənubi Qafqazda ictimai televiziyaların rəqəmsal yayıma keçid texnologiyaları problemləri” adlı üç günlük konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Cənubi Qafqaz ölkələrində ictimai televiziyaların problemləri barədə çıxışlar və hazırdakı vəziyyəti barədə müzakirələr, fikir mübadiləsi aparılıb. Konfransda Azərbaycanı 11 nəfər KİV nümayəndəsi təmsil edib.

Konfransın ilk sessiyasında "Cənubi Qafqazda KİV azadlığı sahəsində son hadisələr" adlı məruzələr dinlənilib. İlk sessiyada Ermənistan, Azərbaycan və Gürcüstanın mətbuat və dövlət nümayəndələri çıxış ediblər. Azərbaycanda KİV-in vəziyyəti və inkişafı barədə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin baş məsləhətçisi Kamran Həsənli və digər KİV nümayəndələri çıxış edərək ölkədə KİV-in inkişafı və onlara dövlət tərəfindən göstərilən qayğıdan söhbət açıblar. Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

Tədbirin ikinci sessiyasında Azərbaycanı təmsil edən media eksperti Zeynal Məmmədli və digər Cənubi Qafqaz ölkələrinin nümayəndələri çıxış ediblər. Konfransın digər sessiyalarında maliyyə və ictimai yayımın idarə olunması, tənzimlənməsi məsələləri barədə fikir mübadiləsi və müzakirələr aparılıb. Sonda ictimai televiziyalar barədə filmlər nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR