Qubadlı rayon İH başçısı: “Qubadlı əhalisi 42 rayonda məcburi köçkün həyatı yaşayır”

Qubadlı rayon İH başçısı: “Qubadlı əhalisi 42 rayonda məcburi köçkün həyatı yaşayır”
# 29 avqust 2014 08:27 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Artıq 21 ildir ki, 35 min 836 nəfərdən ibarət Qubadlı əhalisi respublikanın 42 rayonunda məcburi köçkün ömrü yaşayır.


APA-nın məlumatına görə, bunu bu gün Qubadlının işğalının 21-ci ildönümü ilə bağlı keçirilən tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov söyləyib.

Rayon əhalisinin əksəriyyəti Sumqayıt şəhərində məskunlaşıb. M. İsaqov bildirib ki, düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olub, 200 nəfər ağır yaralanıb, 316 nəfər əlil olub, 100 nəfərdən çox sakin itkin düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR