Angela Merkel Gürcüstana səfər edəcək

Angela Merkel Gürcüstana səfər edəcək
# 04 avqust 2014 07:40 (UTC +04:00)

Bakı-APA. Almaniya kansleri Angela Merkel Gürcüstana səfər edəcək.

APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın Almaniyadakı səfiri Lado Çanturiya deyib.

“Gürcüstan baş nazirinin Almaniyaya uğurlu səfəri olub. Həmçinin Almaniya kanslerinin Tiflisə səfəri planlaşdırılır. Düşünürəm ki, bu, Gürcüstanın siyasi həyatı üçün böyük əhəmiyyət kəsb edir”, - deyə o vurğulayıb.

Diplomatın sözlərinə görə, eyni zamanda Almaniyaya Gürcüstan xarici işlər nazirinin səfəri planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR