Əfqanıstanda terror aktı nəticəsində 6 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Əfqanıstanda terror aktı nəticəsində 6 nəfər ölüb, 5 nəfər xəsarət alıb
# 24 noyabr 2014 21:01 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 6 nəfər ölüb, azı 5 nəfər yaralanıb.

Məlumata əsasən, motosikletdə quraşdırılmış partlayıcı maddə bazarda, əhalinin sıx olduğu yerdə işə salınıb. Zərərçəkənlərin hamısı dinc sakinlər, əksəriyyəti isə qadınlar olub. Partlayışa görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, Əfqanıstanda son iki sutka ərzində bir neçə irimiqyaslı terror aktı baş verib. Belə ki, noyabrın 23-də Paktika əyalətində voleybol yarışları zamanı törədilən partlayışda 50 nəfər ölüb, 60-dan çoxu yaralanıb. Paytaxt Kabildə isə NATO-nun 2 hərbi qulluqçusu terrorçuların qurbanı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR