“Azərbaycanı digər ölkələrdən ayırıb hədəfə çevirmək qəbuledilməzdir, bunun heç bir nəticəsi olmayacaq” - SORĞU

“Azərbaycanı digər ölkələrdən ayırıb hədəfə çevirmək qəbuledilməzdir, bunun heç bir nəticəsi olmayacaq” - <span style="color: red;">SORĞU
# 06 avqust 2014 15:52 (UTC +04:00)

Məsələn, ən azı elementar hüququn prinsiplərinə məhəl qoymadan Vətənə xəyanətə qədər ciddi ittihamlar irəli sürülmüş Leyla Yunusun azad edilməsini tələb edir, heç olmasa demirlər ki, ədalətli qərar çıxarılsın, yaxud aşkar məhkəmə keçirilsin. Bu, çox absurddur”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Azay Quliyev söyləyib.

A. Quliyev deyib ki, ona görə də bu gün haqlı olaraq cəmiyyətdə narazılıq var: “Bu gün Gürcüstanda total şəkildə indiki hakimiyyətin opponentlərinin həbsi həyata keçirilir, keçmiş nazirlər, keçmiş deputatların köməkçiləri, siyasətçilər, bələdiyyə üzvləri, icra başçıları, hətta sabiq prezident Mixail Saakaşvilinin özünə qarşı cinayət işi qaldırılıb. Niyə Gürcüstanla bağlı bu məsələlər belə sükutla qarşılanır? Təsəvvür edin, Azərbaycanda bir siyasətçiyə, partiya rəhbərinə, keçmiş hökumət üzvünə bir söz deyilsə, nə baş verər? Mən ATƏT Parlament Assambleyasında gürcüstanlı həmkarlarımızla danışıram, onlar da Gürcüstanda baş verən həbslərə reaksiya verilməməsindən çox narahatdırlar. Ancaq Azərbaycanda hər hansı qanunsuz hərəkət edənlərə qarşı addım atılanda Azərbaycanın üzərinə gəlirlər. Yaxud Ermənistanda prezident seçkilərində insanları atəşə tuturlar, prezidentliyə namizədlərdən biri yaralanır, ATƏT Parlament Assambleyasının hesabatında bir kəlmə də olsun, bu barədə danışılmır. Təsəvvür edin ki, Azərbaycanda belə hadisə baş versə idi, seçkinin nəticələrini tanımazdılar”.

A. Quliyev qeyd edib ki, ABŞ, Qərb nədənsə Ukraynaya münasibətdə beynəlxalq hüquq normalarını tam şəkildə tətbiq etməyə qərar verib. Onun sözlərinə görə, ATƏT PA-nın Bakı sessiyasında ABŞ nümayəndə heyətinin sədr müavini Bencamin Kardinin müəllifi olduğu və Rusiyaya qarşı sərt münasibət ifadə edilən qətnamə qəbul olunub: “Biz Ukraynanın haqlı davası və Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyimizi bildirdik. Amma niyə bu yanaşma bir ölkəyə münasibətdə tətbiq olunur, digər ölkəyə münasibətdə tətbiq olunmur? İşğalçı Ermənistan Helsinki prinsiplərini, BMT qətnamələrinin müddəalarını heçə sayır, icra etmir. Ancaq niyə Ermənistana güldən ağır söz deyilmir? Azərbaycanlılara qarşı ağır cinayət törətmiş 200 erməni var, İnterpola axtarışa vermişik, ona əhəmiyyət verilmir. Ermənistana siyasi, iqtisadi sanksiyalar tətbiq olunmur. Azərbaycana münasibətdə ikili standartlar açıq-aşkar görən digər ölkələrdən olan həmkarlarımız da çox narahatdırlar, bu məsələni ciddi şəkildə beynəlxalq təşkilatlar qarşısında qaldıracaqlar. Yəqin ki, yaxın gələcəkdə bunun ciddi nəticəsini görəcəyik. Azərbaycanı digər ölkələrdən ayırıb hədəfə çevirmək qəbuledilməzdir, bunun heç bir nəticəsi olmayacaq”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa APA-ya açıqlamasında bildirib ki, ABŞ-ın, Qərbin ikili standartlarının kökündə Azərbaycanın güclü, böyük dövlət kimi ortaya çıxmasının arzu edilməməsi durur. NATO üzvü olan qardaş Türkiyənin Avropa Birliyinə qəbulunun əngəlləndiyini xatırladan F. Mustafa bu münasibətin Azərbaycana qarşı da təkrar olunduğunu vurğulayıb: “Ermənistana münasibətləri isə dəyişməzdir, planlaşdırılmış siyasət aparırlar. Yaxud həm Gürcüstanda, həm Azərbaycanda işğal faktı var. Ancaq Gürcüstanda ərazilərin Rusiya tərəfindən işğal faktı qabardılır, Azərbaycana münasibətdə isə torpaqlarımızın işğalına fərqli münasibət var. Azərbaycana qarşı ikili standartın davam etdiyini görəcəyik”.

F. Mustafa deyib ki, geniş potensiala malik Azərbaycana təzyiq etməklə əsas onu hədəflərdən yayındırmağa çalışırlar: “Bütün bu maneələrə baxmadan, böyük dövlət olmaq iddialarımızı davam etdirməliyik”.

Politoloq Elşad Mirbəşiroğlu APA-ya açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin başlandığı ilk illərdən beynəlxalq ictimaiyyətin, ABŞ və Avropa ölkələrinin ikili standartlara əsaslanan, qeyri-obyektiv mövqeyinin şahidi olmuşuq. Onun sözlərinə görə, ikili standartların göstəricilərindən biri də ABŞ tərəfindən əraziləri işğal edilən Azərbaycana qarşı ədalətsiz tətbiq olunan 907-ci düzəlişin hələ də ləğv olunmaması, sadəcə, hər il qüvvəsinin dayandırılmasıdır: “Bunun bir çox səbəbi var. Bu, ilk növbədə ABŞ və Avropada güclü olan erməni lobbisi ilə əlaqədardır. Xüsusən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransada hakimiyyətə təsir etməyə qadir güclü erməni lobbisi var. İkincisi, ABŞ regionda maraqlarının təmin olunmasını prioritet qəbul edib və bu zaman xalqların gələcəyi, reallıqlar onun üçün maraqlı deyil. Qərbin yürütdüyü siyasətin bazisində də bunu hiss edirik. Hətta öz maraqları naminə insan haqlarının kobud surətdə pozulmasına, demokratik prinsiplərin tapdalanmasına göz yumaraq ayrı-ayrı ölkələrlə əməkdaşlıq edirlər. Demokratik prinsipləri bərqərar etməyə, insan haqlarını qorumağa çalışan Azərbaycanda isə bunları görmək istəmir, ədalətsiz, əsası olmayan bəyanatlarla çıxış edirlər. Digər tərəfdən, ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ-da qondarma “Dağlıq Qarabağ Respublikası”nın nümayəndəliyi də mövcuddur. Bu, bəri başdan ABŞ-ın obyektiv vasitəçiliyini şübhə altına salır. ABŞ ayrıca “DQR”-ə yardım da göstərir. İkili yanaşmanın göstəriciləri də bunlardır. Onlar üçün regionda maraqlarını təmin etmək əsasdır, bunun üçün Ermənistandan bir alət kimi istifadə edilməsinin acı nəticələrini isə Azərbaycan görür. Torpaqlarımız işğal altında qalmaqda davam edir. Eyni sözləri Rusiya haqqında da demək olar. Rusiya maraqlarını təmin etmək üçün Ermənistandan alət kimi istifadə edir. Bu da erməni xalqının xislətindən irəli gəlir, onlar ayrı-ayrı dövlətlərin əllərində alət kimi yararlı ola bilirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR