Azərbaycan Novorossiysk və Ceyhan limanlarından xam neftin ixracını azaldıb

 Azərbaycan Novorossiysk və Ceyhan limanlarından xam neftin ixracını azaldıb
# 02 avqust 2014 10:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2014-cü ilin iyul ayında Azərbaycan Dövlət Neft Şirkəti Novorossiysk limanından (Qara dəniz, Rusiya) 84 min 803 ton xam neft ixrac edib.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə azdır.

Ötən ay Supsa limanından (Qara dəniz, Gürcüstan) 334 min 805 ton xam neft göndərilib ki, bu da 2013-cü ilin iyul ayına nisbətən 112% çoxdur.

Hesabat dövründə Çeyhan limanından (Aralıq dənizi, Türkiyə) ötən ildəkindən 3,08% az, yəni 1 mln. 653 min 449 ton xam neft ixrac edilib.

Ümümilikdə bu ilin yanvar-iyul ayları ərzində Novorossiysk limanından 593 min 25 ton xam neft ixrac edilib ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 40,4% azdır.

Bu ilin 7 ayında ötən ilin analoji dövrü ilə müqayisədə Supsa limanından 17,4% çox, yəni 1 mln. 787 min 379 ton, Ceyhan limanından isə 1,06% çox və ya 11 mln. 967 min 342 ton xam neft ixrac edilib.

ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR