İpoteka krediti ilə alınan mənzillərə görə icbari sığortanın AİF-ə ödənilməsi təklif olunur

İpoteka krediti ilə alınan mənzillərə görə icbari sığortanın AİF-ə ödənilməsi təklif olunur
# 21 noyabr 2014 13:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İpoteka krediti ilə alınan ev və mənzillərin icbari sığortalanması zamanı faydalanan şəxs qismində əmlak sahibinin göstərilməsi ipoteka kreditini ayırmış və həmin evi girovda saxlayan bank üçün problemlər yaradır.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) “APA-Economics”ə verilən məlumata görə, bu fikir assosiasiyanın hüquq komitəsinin iclasında bu məsələ ilə bağlı olan müzakirələr zamanı səsləndirilib.

Bildirilib ki, ipoteka krediti ilə alınan ev və mənzillərin icbari sığortalanması zamanı “İcbari sığortalar haqqında” Qanuna əsasən, faydalanan şəxs qismində əmlakın sahibi göstərilir. İclasda qeyd edilib ki, bu ipoteka kreditini ayırmış və həmin evi girovda saxlayan bank üçün problemlər yaradır. Müzakirələr zamanı qeyd olunub ki, faydalanan tərəf əmlakın sahibi sayıldığına görə, sığorta hadisəsi baş verdikdə əmlakla bağlı sığorta ödənişi də əmlakın sahibinə, yəni müştəriyə ödənilir. Bu vəziyyətdə sığortalı şəxs ödəniş alsa da, ziyan dəymiş daşınmaz əmlakı bərpa etməməsi riski yaranır.

Tədbirdə təklif olunub ki, bu məsələdə banklar, dolayısı ilə isə Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondu da faydalanan şəxs kimi tanınsın.

İclasda həmçinin, Dünya Bankının tövsiyyələrinə uyğun olaraq, sığorta sektorunda istehlakçıların hüquqların daha yaxşı qorunmasını təmin etmək üçün şirkətlər üçün ümumi şikayət prosedurunun və mexanizminin yaradılması, “Fiziki şəxslərə təqdim edilən minik avtomobillərinin tam sığortası üzrə sığorta qaydaları” müzakirə obyekti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR