Şəmkirdə fərdi evdə yanğın olub

Şəmkirdə  fərdi evdə yanğın olub
# 01 avqust 2014 04:31 (UTC +04:00)

Bakı - APA. Şəmkir rayonunda yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaqlı kürsülü evin yanar konstruksiyaları 130 kv.m sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR