Sumqayıt Dövlət Musiqili Dram Teatrı 45-ci mövsümü açıq elan edib

Sumqayıt Dövlət Musiqili Dram Teatrı 45-ci mövsümü açıq elan edib
# 29 sentyabr 2014 09:27 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Sumqayıt Dövlət Musiqili Dram Teatrı 45-ci mövsümü açıq elan edib.

APA-nın məlumatına görə, tamaşanın nümayişindən əvvəl çıxış edən teatrın direktoru İslam Həsənov qarşıdakı ildə teatrın görəcəyi işlər, repertuarda nəzərdə tutulan tamaşalar haqqında məlumat verib.

Teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmov, xalq artisti Valeh Kərimov mövsümün açılışı münasibətilə tamaşaçılar qarşısında çıxış edib, gələcəkdə nümayiş olunması nəzərdə tutulan səhnə əsərləri haqqında danışıblar.

Teatrın kollektivi mövsümün ilk tamaşası kimi Əziz Nesinin əsəri əsasında Firudin Məhərrəmovun quruluş verdiyi “Öldür məni, can ciyər” tamaşasını təqdim edib.

Səhnə əsərində rolları Mətləb Səfərli, İlahə Səfərova və Növrəstə Həşimova ifa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR