Bakıda İkinci Beynəlxalq Aşıq Festivalının açılış mərasimi olub

Bakıda İkinci Beynəlxalq Aşıq Festivalının açılış mərasimi olub
# 12 noyabr 2014 19:48 (UTC +04:00)

Fonddan APA-ya daxil olan məlumata görə, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev festivalın əhəmiyyətindən danışıb, Azərbaycanda ikinci dəfə təşkil edilmiş beynəlxalq festivala Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və Dağıstandan sənətkarların qatıldığını söyləyib.

Aşıq sənətinin həm Azərbaycan xalq ədəbiyyatının, həm də, ümumiyyətlə, mədəniyyətimizin qədim tarixə, zəngin ənənələrə malik qollarından biri olduğunu deyən Vaqif Əliyev bildirib ki, bu gün aşıq sənətinin inkişafı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri sayəsində yeni mərhələyə qədəm qoyub: “Muğam sənətindən sonra aşıq sənətinin də UNESCO-nun “Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilməsi bunun əyani ifadəsidir”.

Festivalın iştirakçıları Azərbaycanın bir çox bölgələrində konsert proqramları ilə çıxış edəcəklər.

Açılış mərasimi iştirakçı ölkələrin sənətkarlarının konsert proqramı ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR