Baş Dövlət Yol Polisi İdarəsi Yevlaxda qaydaları pozan sürücülərə qarşı reyd keçirib

Baş Dövlət Yol Polisi İdarəsi Yevlaxda qaydaları pozan sürücülərə qarşı reyd keçirib
# 11 dekabr 2014 22:57 (UTC +04:00)

Yevlax. Teymur Zahidoğlu-APA. Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi Yevlax şəhərində avtonəqliyyat vasitələrinin istismarı və yol hərəkəti qaydalarını, eləcə də qanundan irəli gələn digər tələbləri pozan sürücülərə qarşı reyd keçirib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, həyata keçirilən tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, nəqliyyat vasitələrinin ön, arxa, habelə yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran, sürücülük hüququ olmadan, alkaqollu içki qəbul edib sükan arxasında əyləşən xeyli sayda sürücü müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Reyd zamanı DYP əməkdaşlarının göstərişlərinə əməl etməyən, nəqliyyat vasitəsini yüksək sürətlə idarə edib asayiş keşikçilərinə tabe olmaq istəməyən sürücülərə də rast gəlinib. Yoxlanış zamanı bir neçə vəzifəli şəxs də polisin dayanmaq göstərişinə əməl etməyib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, reydlər bir neçə gün davam edəcək və sonda ictimaiyyətə bu barədə ətraflı açıqlama veriləcək.

Yol Polisinin həyata keçirdiyi reydləri ölkənin müxtəlif KİV nümayəndələri də izləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR