Ağdaş sakini qaynına 12 bıçaq vurub - VİDEO

Ağdaş sakini qaynına 12 bıçaq vurub - <span style="color: red;">VİDEO
# 18 avqust 2014 07:32 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə hadisə Ağdaş şəhərində qeydə alınıb. Rayon sakini 1979-cu il təvəllüdlü Babazadə Rəmzi Məcnun oğlu yaşadığı evə qonaq gələn qaynı 1990-cı il təvəllüdlü Hüseynov Tural Rəhman oğlu ilə aralarında ailə münaqişəsi zəminində dava baş verib.

Rəmzi Babazadə mətbəx bıçağı ilə qaynı Tural Hüseynovun bədəninin müxtəlif nahiyələrinə 12 bıçaq xəsarəti yetirib. Tural Hüseynov ağır vəziyyətdə Ağdaş Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR