ABŞ Polşaya və Baltikyanı ölkələrə 600 hərbçi və ağır artilleriya göndərəcək

ABŞ Polşaya və Baltikyanı ölkələrə 600 hərbçi və ağır artilleriya göndərəcək
# 14 avqust 2014 14:40 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. ABŞ bu ilin oktyabrında keçiriləcək təlimdə iştirak etmək üçün Polşaya və Baltikyanı ölkələrə 600 hərbçi və ağır artilleriya göndərməyə hazırlaşır. APA-nın “Stars and Stripes” portalına istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Pentaqon tərəfindən təsdiq olunub.

Bildirilir ki, Amerika hərbçiləri ABŞ-ın Şərqi Avropadakı müttəfiqlərinin silahlı qüvvələri ilə birlikdə təlimlərə qatılacaq, bu ölkələrin müdafiəsinin möhkəmlənməsinə dəstək verəcəklər.

Şərqi Avropaya göndərilən Amerika qoşunları “M-1 Abram” tankları, döyüş maşınları və zirehli transportyorlarla möhkəmləndiriləcək.

Bundan başqa, Polşadakı NATO missiyasına dəstək üçün ABŞ tərəfindən F-16 döyüş təyyarələrinin də göndərildiyi qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR