Türkiyənin daha bir telekanalı “Azerspace-1” üzərindən yayıma başlayıb

Türkiyənin daha bir telekanalı “Azerspace-1” üzərindən yayıma başlayıb
# 20 oktyabr 2014 12:50 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Türkiyənin ən baxılan xəbər kanallarından olan NTV “Azerspace-1” telekommunikasiya peyki üzərindən yayıma başlayıb.

“Azərkosmos”dan “APA-Economics”ə verilən məlumata görə, böyük izləyici kütləsi olan informasiya kanalı digər türk kanallarının daxil olduğu paketdən 11015/H/30000 tezliyi ilə yayımlanır. Türk kanalları “Azərkosmos”la iş birliyinə artan maraqlarını şirkətin müştəri məmnunluğunu, xidmətin davamlılığını və çevikliyini əsas tutması və yüksək keyfiyyətli peyk xidmətləri göstərməsi ilə əlaqələndirirlər.


Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR