İlin birinci yarısında Bakıda avtobus qəzalarında 4 nəfər ölüb, 26-sı yaralanıb

İlin birinci yarısında Bakıda avtobus qəzalarında 4 nəfər ölüb, 26-sı yaralanıb
# 15 avqust 2014 10:39 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Nəqliyyat Nazirliyi katibliyinin rəisi Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin 6 ayı ilə müqayisədə ölənlərin sayı 46,4%, yaralıların sayı isə 21,9% azalıb. “Məlum olub ki, bu ilin 6 ayı ərzində Bakı şəhərində sərnişindaşıma marşrutlarında Yol Polisi orqanları tərəfindən 24 yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələr nəticəsində 4 nəfər ölüb, 26 nəfər yaralanıb. Ötən illə müqayisədə bu il hadisələrin sayı 5 fakt və ya 7,2%, yaralıların sayı 18 fakt və yaxud 40,9, ölənlərin sayı isə 10 fakt, yəni 71,4% azalma deməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR