“İrs” Partiyası: Ermənistan müxalifəti sözdən əmələ keçəcək

“İrs” Partiyası: Ermənistan müxalifəti sözdən əmələ keçəcək
# 21 oktyabr 2014 14:54 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “24 oktyabr mitinqində Ermənistan müxalifəti sözdən əmələ keçəcək”. APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu parlamentdəki “İrs” fraksiyasının rəhbəri Ruben Akopyan deyib.

“Azadlıq meydanı ideoloji müzakirələr üçün mərkəz deyil. Xalqa hər bir sadə vətəndaşın anlaya biləcəyi vahid fəaliyyət planı təqdim olunmalıdır”, - deyə Akopyan qeyd edib. O, fəaliyyət planının artıq “parlament üçlüyü” (“Çiçəklənən Ermənistan”, İrs”, “Erməni Milli Konqresi”) tərəfindən hazırlandığını bildirib.

Xatırladaq ki, Ermənistan müxalifəti oktyabrın 24-də İrəvanın mərkəzindəki Azadlıq meydanında mitinq keçirəcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR