® Xırdalanda AAAF Makromart açıllıb - FOTO

<font color=red>® </font>Xırdalanda AAAF Makromart açıllıb - <span style="color: red;">FOTO
# 02 avqust 2014 07:00 (UTC +04:00)

Bakı-APA. Bu gün Xırdalanda, AAAF şəhərciyində sahəsinə görə Azərbaycanın ən iri marketlərindən biri – AAAF Makromartın açılışı olub.

APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyəti (İH) başçısının birinci müavini İradə Gülməmmədova AAAF Park rəhbərliyinə minnətdarlığını bildirib, bu cür geniş alış-veriş mərkəzinin açılışının yerli əhali üçün faydalı olacağını dilə gətirib.

AAAF İnşaat MMC-nin rəhbəri Pərvin Əliyev alış-veriş mərkəzinə təşrif buyuran insanları salamlayıb, marketin bu gündən etibarən sakinlərin ixtiyarında olacağını, artıq xırdalanlıların alış-veriş üçün uzun yol qət etməyə ehtiyacının olmadığı və istədiyi məhsulları buradan rahatlıqla tapacağını bildirib.

Sonda AAAF İnşaat və Zirvə İdman Kompleksi MMC-nin təsisçisi Tofiq Heydərov AAAF Makromart-ın açılışı münasibətilə sakinləri təbrik edib.

300 min sakini olan Xırdalan şəhərində, 3700 m² alış-veriş sahəsini özündə birləşdirən AAAF Makromart zəngin çeşidi və təzə, keyfiyyətli, sanitar qaydalara uyğun, ekoloji təmiz məhsulları ilə fərqlənir. İşıqlı və yüksək texnologiyalarla təchiz edilmiş interyeri, səliqəli məhsul düzülüşü, arabaların hərəkətini rahat təmin edən geniş ərazisi yalnız müştərilərin rahatlığı üçün hesablanıb. Stendlərin yaxınlığında yerləşən xüsusi qurğulara məhsulu yaxınlaşdırmaqla qiymətini öyrənmək mümkündür.

Avtomobilinizi saxlamaq üçün uzaq məsafə qət etməyə ehtiyac qalmır, marketin önündə yerləşən geniş avtopark işinizi asanlaşdıracaq. Alış-veriş zamanı fikrinizin dağılmaması üçün övladlarınızın əyləncəsini təmin edən uşaq istirahət mərkəzi də xidmətinizdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR