Gürcüstanın gənclər və idman naziri: ““Çixura”-“Neftçi” oyununda təhlükəsizliyin təminatına müxtəlif qurumlar cəlb olunub”

Gürcüstanın gənclər və idman naziri: ““Çixura”-“Neftçi” oyununda təhlükəsizliyin təminatına müxtəlif qurumlar cəlb olunub”
# 06 avqust 2014 14:06 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, bunu qonşu ölkənin naziri Levan Kipiani açıqlayıb.


O bildirib ki, avqustun 7-də Tiflisdəki Mixail Mesxi adına stadionda baş tutacaq qarşılaşmadan 2 gün əvvəl Gürcüstan Futbol Federasiyasında fövqəladə yığıncaq keçirilib. Burada matçda təhlükəsizlik və təşkilatçılıqla bağlı digər məsələlər müzakirə olunub.

L. Kipianinin sözlərinə görə, cavab qarşılaşmasında hansısa insidentin yaşanması mümkün deyil: “Təşkilati məsələlərə nəzarət birbaşa nazirliyin üzərinə düşən işdir. Bununla bağlı dünən Gürcüstan Futbol Federasiyasında görüş keçirildi. Təhlükəsizliyin təminatı məqsədilə bu işə müxtəlif qurumlar cəlb olunub. Əlbəttə ki, bir neçə gün əvvəl yaranan problem təkrarlanmamalıdır və bizim hüquq-mühafizə orqanları, federasiya və nazirlik ölkədəki belə halların qarşısını almağa hazır olacağıq”.

Qeyd edə ki, “Neftçi”nin gürcülərlə 0:0 hesabı ilə başa çatan ilk oyununda arenaya gələn qonaq fanatların pankartda Qax və Zaqatala rayonlarının Gürcüstan ərazisi kimi göstərilməsi azarkeşlər arasında qarşıdurmaya səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR