Şahmar Mövsümov yapon iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşüb

Şahmar Mövsümov yapon iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşüb
# 18 iyul 2014 14:50 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə “Şimada Soncuku” təşkilatının rəhbəri və Çiba Ticarət Universitetinin rektoru Haruo Şimadanın başçılıq etdiyi yapon iş adamlarından ibarət nümayəndə heyəti arasında görüş keçirilib.

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, Ş. Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti, Neft Fondu tərəfindən maliyyələşdirilən layihələr barədə qonaqlara ətraflı məlumat verib.

Görüşün sonunda Ş. Mövsümov ARDNF-nin fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR