Bakıda I Elm Festivalı keçirilir - FOTOSESSİYA - VİDEO

Bakıda I Elm Festivalı keçirilir - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 10 noyabr 2014 07:37 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycanda ilk dəfə təşkil olunan Elm Festivalı iki gün davam edəcək.


Festival Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Məqsəd elm və cəmiyyəti, həmçinin elmin müxtəlif sahələrini bir-birinə yaxınlaşdırmaq, elmi nailiyyətləri nümayiş etdirmək, gənc nəslin bu sahəyə marağını artırmaqdır.

Festivalda son illər ölkə alimlərinin dünyada qəbul olunmuş elmi nailiyyətləri nümayiş etdiriləcək. Gənc alimlərin elmin bütün sahələri üzrə çıxışları, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, elmi laboratoriyalara ekskursiyalar, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən cəlbedici şoular, akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur. Tədbirdə yeni elmi texnologiya və innovativ nailiyyətlər də təqdim olunacaq. Ölkədə fəaliyyət göstərən ali və orta təhsil müəssisələri, eləcə də akademiyanın institut və təşkilatları öz elmi nəticələrini nümayiş etdirəcəklər.

Qeyd edək ki, festivalın birinci günü proqrama daxil olan istiqamətlərdə muzeylərə ümumilikdə 8 elmi ekskursiya təşkil olunub. Həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Geologiya və Geofizika, Fizika və Ədəbiyyat institutlarında, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və başqa təhsil müəssisələrində, eləcə də paytaxtın 6, 23 və 132-134 nömrəli orta məktəblərində də festivalın proqramlarını izləmək mümkün olub. Festivalın ikinci günündə ölkə alimlərinin ixtiralarına aid eksponatların nümayişi, maraqlı müzakirələr və əyləncəli elmi şouların nümayişi nəzərdə tutulub.

Festivalın sponsorları Azərbaycan Dövlət Neft Şirkəti və “Azercell Telecom”dur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR