“Amrahbank”ın “Sahil” filialı fəaliyyətə başlayıb

“Amrahbank”ın “Sahil” filialı fəaliyyətə başlayıb
# 15 sentyabr 2014 09:26 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Amrahbank”ın Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 262 A ünvanında fəaliyyət göstərən “Sahil” filialının açılış mərasimi keçirilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müştərilərinə göstərilən bank xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılıması, onlara qarşılıqlı potensial əməkdaşlığın inkişaf etdirilməsi nöqteyi-nəzərindən fəaliyyətə başlayan “Sahil” filialı müasir tələblərə cavab verərək həm fiziki həm də korporativ müştərilərə bütün bank xidmətlərini, o cümlədən kreditlərin verilməsi, cari və əmanət hesablarının açılması, sürətli pul köçürmələri, “Visa”, “Mastercard” tipli beynəlxalq plastik kartlar ilə əməliyyatlar, valyuta mübadiləsi, hesablaşma-kassa əməliyyatları və sair kimi xidmətləri təklif edir.

Açılış mərasimində Müşahidə Şurasının sədri Yunis İldırımzadə, İdarə Heyətinin üzvləri, bankın təşkilati-struktur rəhbərləri, filial direktorları və xüsusi dəvət olunmuş qonaqlar iştirak ediblər.

Açılış mərasimində çıxış edən Y. İldırımzadə bankın dinamik inkişafından və son dövrlərdə əldə etdiyi uğurlarından və gələcək hədəflərindən danışıb.

Qeyd edilib ki, “Sahil” filialının açılması “Amrahbank”ın fəaliyyətə başladığı gündən 24-cü filialıdır.

“Amrahbank” gələcəyə çox nikbin baxır, biz son illərdə ölkəmizdə yaranan müsbət inkişaf tendensiyalarının gələcəkdə də davam edəcəyinə inanırıq və “Amrahbankın”da Azərbaycan iqtisadiyyatının tərkib hissəsi kimi dinamik inkişafının davamlı olacağına əminik”, - deyə Müşahidə Şurasının sədri bildirib.

Bankın maliyyə göstəricilərinə toxunan Y. İldırımzadə bildirib ki, bankın PWC şirtkəti tərəfindən hazırlanmış audit hesabatına əsasən fevral ayından etibarən məcmu kapitalı hal-hazırda 55 mln. manata bərabərdir.

1993-cü ildə təsis edilmiş “Amrahbank” Azərbaycanın ilk və aparıcı banklarından biridir. Bank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir. Hal-hazırda bankın 23 filialı və 1 şöbəsi fəaliyyət göstərən bank paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı, Goranboy kimi regionlarını əhatə edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı (www.iib-bahrain.com), 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR