Ziyafət Əsgərov: “ATƏT-in Minsk Qrupunun həmsədrləri vertolyotun vurulmasına görə Azərbaycandan yox, Ermənistandan izahat tələb etməlidir” - VİDEO

Ziyafət Əsgərov: “ATƏT-in Minsk Qrupunun həmsədrləri vertolyotun vurulmasına görə Azərbaycandan yox, Ermənistandan izahat tələb etməlidir” - <span style="color: red;">VİDEO
# 28 noyabr 2014 07:56 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının Ağdamla bağlı 853 saylı qətnaməsində göstərilir ki, Ağdamı işğal etmiş erməni qoşunları dərhal oradan çıxarılmalıdır: “Beynəlxalq təşkilatlar ermənilərin təsiri ilə müəyyən qədər hay-küy qaldırırlar, amma unudurlar ki, vertolyotun düşdüyü ərazi Ağdam ərazisidir. Beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü tanıyır. O cümlədən həmsədr dövlətlər - Rusiya, ABŞ və Fransa bəyan ediblər ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Belə olduğu halda, bu ölkələr Ermənistana niyə demir ki, sən başqasının ərazisində nə edirsən?! Niyə soruşmurlar ki, sənin hərbi vertolyotun Ağdam ərazisində nə gəzir?”

Z.Əsgərovun fikrincə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri vertolyotun vurulmasına görə Azərbaycandan yox, Ermənistandan izahat tələb etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR